Əsas Səhifə > Güney Press > Cənub-şərq küləyi əsəcək

Cənub-şərq küləyi əsəcək


26-03-2025, 12:38
Cənub-şərq küləyi əsəcək
Sabahın hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin "DİA-AZ"a verdiyi məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-8В° isti, gündüz 12-16В° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7В° isti, gündüz 15-20В° isti, dağlarda gecə 0-5В° şaxta, gündüz 5-10В° isti olacaq.

Geri qayıt