Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Heç bir Türkiyə liderinin göstərmədiyi köməyi Ərdoğan edib"
Əsas Səhifə > Güney Press, Partiya > "Heç bir Türkiyə liderinin göstərmədiyi köməyi Ərdoğan edib"

"Heç bir Türkiyə liderinin göstərmədiyi köməyi Ərdoğan edib"


26-03-2025, 10:24
"Heç bir Türkiyə liderinin göstərmədiyi köməyi Ərdoğan edib"
İstanbul Böyük Şəhər Bələdiyyəsinin başqanı, prezidentliyə namizəd Əkrəm İmamoğlunun həbsi qardaş ölkədə böyük xalq etirazlarına səbəb olub.

Türkiyədə yaşananlar Azərbaycanda da böyük maraqla izlənilir.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Türkiyədə baş verən hadisələrlə bağlı Gununsesi.info-ya açıqlama verib.

Türkiyədə baş verənlərdən çox üzüldüyünü deyən, partiya sədri “çünki eyni millətik, qardaşıq” deyir:

“Azərbaycana işğala son qoymaq üçün heç bir Türkiyə liderinin göstərmədiyi köməyi Ərdoğan edib.

Türk dövlətlərinin yaxınlaşması və Türkiyənin güclənməsində onun böyük xidmətləri var. Türkiyənin daxili işlərinə müdaxiləni düzgün saymasaq da, biz belə bir çətin tarixi dönəmdə tərəfləri dialoqa çağırırıq. Türkiyənin və türk dünyasının maraqları hər şeydən üstün tutulmalıdır. Türkiyəni ədalət, hüquq, demokratiya daha güclü edəcək”.

Geri qayıt