Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Rusiya və ABŞ Ukraynada sülh nizamlanması yolu ilə irəliləməyə hazırdır
Əsas Səhifə > Güney Press > Rusiya və ABŞ Ukraynada sülh nizamlanması yolu ilə irəliləməyə hazırdır

Rusiya və ABŞ Ukraynada sülh nizamlanması yolu ilə irəliləməyə hazırdır


24-03-2025, 15:32
Rusiya və ABŞ Ukraynada sülh nizamlanması yolu ilə irəliləməyə hazırdır
Rusiya və ABŞ-nin Ukraynada vəziyyətin sülh yolu ilə nizamlanması istiqamətində irəliləmək üçün həqiqətən də ümumi istək və hazırlığı var.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Görünür, söhbət ölkələrin sülh nizamlanması yolu ilə irəliləmək istəyi və hazırlığından gedir. Burada həqiqətən də ümumi anlayış var", - Peskov ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı artıq sazişin konturlarının olduğu barədə bəyanatını şərh edib.

Onun sözlərinə görə, texniki məsələlərə gəlincə, onların bir qismi bu gün Ər-Riyadda (Səudiyyə Ərəbistanı) Rusiya və ABŞ nümayəndə heyətləri arasında müzakirə olunur.

D.Peskov əlavə edib ki, Ukrayna nizamlanması üzrə çox sayda müxtəlif aspektlərin işlənib hazırlanması lazımdır.

Geri qayıt