Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Türk generaldan Zəngəzur açıqlaması
Əsas Səhifə > Güney Press > Türk generaldan Zəngəzur açıqlaması

Türk generaldan Zəngəzur açıqlaması


24-03-2025, 12:10
Türk generaldan Zəngəzur açıqlaması
Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində əldə edilən razılaşmanın əhəmiyyəti böyükdür. Faktiki olaraq İrəvan danışıqları uzadıb, 5 il sonra nəticəni açıqladı. Bu isə onun növbəti hiyləsi idi. 17 bəndlik razılaşma ilə tərəflər arasında bütün problemləri həll etmək mümkün deyil.

Bu sözləri Teleqraf-a ehtiyatda olan türkiyəli general Yücel Karauz sülh prosesini şərh edərkən deyib.

O, tərəflər arasında həll edilməli olan bir çox məsələnin olduğunu bildirib: “Azərbaycanla Ermənistanın sülhə yanaşması tamam fərqlidir. İrəvan indiki halda bu razılaşmanı imzalamaqla yeni təxribatlar üçün zəmin yaratmağı hədəfləyib. Daxildəki qüvvələri neytrallaşdırmaqla yanaşı, Ermənistan rəhbərliyi beynəlxalq müstəvidə özünü sülh tərəfdarı kimi göstərməyə çalışır. Bütün hallarda 10 noyabr 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatın tələbləri təmin edilməlidir. Bununla yanaşı, sülh sazişinə əlavələrin edilməsi də mümkündür”.

O əlavə edib ki, indiki sülh mətni tərəflər arasında ilkin prinsinplərin razılaşması deməkdir. Bütün sülh sazilərində olduğu kimi, burada da ilkin keçidlər bu cür olacaq: "Amma yekun sülh razılaşmasında Zəngəzur dəhlizinin açılması, Qərbi azərbaycanlıların ata-baba ocaqlarına qayıtması bağlı fundamental məsələlər əks olunmalıdır. Eyni zamanda Ermənistanın hərbi cinayətlərinin araşdırılması, müharibə təzminatları ilə bağlı bütün məsələlər öz həllini tapmalıdır”.

Geri qayıt