Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyad görüşü qapalı olacaq
Əsas Səhifə > Güney Press > Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyad görüşü qapalı olacaq

Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyad görüşü qapalı olacaq


24-03-2025, 11:16
Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyad görüşü qapalı olacaq
Rusiya və ABŞ nümayəndə heyətlərinin Ər-Riyad görüşü qapalı olacaq.

APA-nın Moskva müxbiri TASS-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları jurnalistlərdən görüşün keçiriləcəyi “The Ritz-Carlton” otelinin binasını tərk etməyi xahiş ediblər.

Qeyd edək ki, danışıqlarda Rusiya nümayəndə heyətinə Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidməti direktorunun müşaviri Sergey Beseda rəhbərlik edəcək.

ABŞ nümayəndə heyətinə isə Dövlət Departamentinin Siyasi Planlaşdırma direktoru Maykl Enton, həmçinin Ukrayna üzrə xüsusi elçi Keyt Kelloqun və milli təhlükəsizlik müşaviri Mayk Uoltsun köməkçiləri daxildir.

Geri qayıt