Əsas Səhifə > Güney Press > İmamoğlu HƏBS OLUNMASAYDI...
İmamoğlu HƏBS OLUNMASAYDI...24-03-2025, 11:01 |
![]() "Türkiyədə baş verən mitinqlər və qərbpərəstlərin çıxışlarının arxasında kimlər durduğunu bilmək çox da çətin deyil. Aydındır ki, Suriyada Kürdüstan avtonomiyası yaradılmasına qarşı çıxış edən Ərdoğana qarşı qərbpərəstlər Türkiyənin öz itirilmiş torpaqlarını qaytarmaq kimi qəbil edirlər. Odur ki, bu ölkənin düşmənlərinə qoşularaq Ərdoğanın apardığı xarici siyasətin qarşısını almaq istəyirlər. Bunu gözləməmək axmaqlıq olardı. İnanırıq ki, Ərdoğanın komandası da bunu bilirdi”. Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi analitik Tahir Cəfərli "Sizcə, Türkiyədə nə baş verir?” sualını cavablandırarkən ifadə edib. “İstanbul meri Əkrəm İmamoğlunun Ərdoğana müxalif qüvvələri bir yerə yığması da göz qabağındadır. Onun nəyin bahasına olursa olsun, Ərdoğana qarşı getməsinin başqa bir səbəbi kürd birliklər ilə əlaqədə olmasıdır. Məlum məsələdir ki, nə qədər Ərdoğan hakimiyyətdədir, fərqi yoxdur hansı ölkədə olursa-olsun, istər İraqda, istərsə Suriyada o, kürd terrorçularının birləşərək güclənməsinə yol verməyəcək, çünki belə olduğu halda Türkiyə parçalana bilər. Deyilənlər baxımından bizə elə gəlir ki, İmamoğlunun həbsi Türkiyə xüsusi xidmət orqanlarının qabaqlayıcı addımlarıdır və sözün əsil mənasında Ərdoğanın nə qədər ayıq bir siyasətçi olduğunu nümayiş etdirir”, -deyə davamında Tahir Cəfərli diqqətə çatdırıb. “Necə hesab edirsiz, Türkiyədə hadisələr, nə ilə qurtaracaq?” sualını isə analitik belə cavablandırıb: “Əlbəttə ki, bu hadisələr də ədalətin qələbəsi ilə bitəcək. Faktlar üzə çıxdıqca, kimin kim, nəyin nə olduğunu xalq görəcək. Bir şeydən tam arxayın ola bilərik: baş verən hadisələr əvvəlcədən analitik mərkəzlər tərəfindən planlaşdırılmış qabaqlayıcı tədbirlərdir. Türkiyəni dağıtmaq istəyən qüvvələrin isə iç üzləri tezliklə açılacaq. Xalq qərbpərəstlərin haradan idarə olunduğunu üzə çıxaracaq və müdrik Türkiyə xalqı prezidentlərinin ətrafında birləşəcək...” Geri qayıt |