Əsas Səhifə > Güney Press > Ermənistan Parlamenti Aİ-yə üzvlüyə dair layihəni ikinci oxunuşda

Ermənistan Parlamenti Aİ-yə üzvlüyə dair layihəni ikinci oxunuşda


24-03-2025, 10:39
Ermənistan Parlamenti Aİ-yə üzvlüyə dair layihəni ikinci oxunuşda
Ermənistan Parlamentinin Avropaya İnteqrasiya üzrə Komissiyası ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyü prosesinin başlanmasına dair qanun layihəsini ikinci oxunuşda müzakirəyə qərar verib.

APA-nın “Armenia Today” saytına istinadən məlumatına görə, layihənin plenar iclasların birində müzakirə ediləcəyi bildirilib.

Qeyd edək ki, yanvarın 9-da Ermənistanın Nazirlər Kabineti Aİ-yə üzvlük prosesinin başlaması ilə əlaqədar qanun layihəsini qəbul edib.

Fevralın 12-də sənəd birinci oxunuşda təsdiqlənib.

Layihənin 4 mart tarixinə nəzərdə tutulan ikinci oxunuşunun texniki səbəblərdən təxirə salındığı bildirilmişdi.

Geri qayıt