Əsas Səhifə > Güney Press / Ana xəbər > В«AzərsuВ»nun prezidentinin işdən çıxarılma xəbəri yayıldı

В«AzərsuВ»nun prezidentinin işdən çıxarılma xəbəri yayıldı


29-04-2014, 11:40
В«AzərsuВ»nun prezidentinin işdən çıxarılma xəbəri yayıldı
В«AzərsuВ» ASC-nin prezidenti Qorxmaz Hüseynov yaxın günlərdə işdən çıxarılacaq. Onun yerini isə spiker Oqtay Əsədovun yaxın qohumlarından biri tutacaq. Bu barədə JAM.AZ-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, Qorxmaz Hüseynovla bağlı qərarın verilməsinə səbəb В«AzərsuВ» prezidentinin son dövrlər buraxdığı bir sıra səhvlər, iri yeyinti məsələlərində adının qabarıq şəkildə hallanması, habelə nurçularla bağlı şirkətlərlə geniş əlaqələr qurması olub.

Mənbənin sözlərinə görə, ASC rəhbərinin xüsusən də pullarını xaricə çıxarmaq cəhdi də yuxarı dairələrin diqqətindən qaçmayıb. В«AvisaВ» sistemi ilə (В«obnaliçkaВ») pullarını ölkədən çıxaran Hüseynovun bu hərəkətlərinin üstü açılıb. İcazəsiz milyonlarla vəsaiti başqa bir ölkəyə transfer cəhdi isə ona bağışlanmayıb.

JAM.AZ-a danışan mənbə bildirir ki, Qorxmaz Hüseynovu əvəzləyəcək spikerin qohumunun adı hələlik açıqlanmır. Amma onun bu sahəyə naşı olmadığı deyilir.

Geri qayıt