Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Başçının müavini özünü Ramiz Mehdiyevin adamı kimi təqdim edir və…

Başçının müavini özünü Ramiz Mehdiyevin adamı kimi təqdim edir və…


28-04-2014, 16:04
Başçının müavini özünü Ramiz Mehdiyevin adamı kimi təqdim edir və…
DİA.AZ: - Redaksiyamıza Şamaxı rayonundan ilginc bir şikayət məktubu daxil olub. Narazılıq edən rayon sakinləri DİA.AZ-a müraciətlərində bildirirlər ki, Asif Ağayev Şamaxıya rəhbər təyin olunandanq sonra məmur özbaşınalığı kuliminasiya hədinə çatıb.

Sakinlər diaaz.space-a yazırlar: В«Əgər əvvəlki başçının vaxtında heç olmasa şikayətlərimiz həll olunmasa belə, dinlənilirdisə, bu gün hətta dərdimizi söyləməyə də adam tapmırıq. İcra başçısı Asif Ağayev və xüsusən də onun birinci müavini Qasım Qasımov şikayətçilərin icra hakimiyyətinin binasına buraxılmaması ilə bağlı polisə xüsusi tapşırıq veriblər. Keçən həftə isə məhkəmələrdə haqqı tapdanan vətəndaşlardan biri icra hakimiyyəti başçısının göstərişi ilə polis tərəfindən döyülərək binadan uzaqlaşdırıldıВ».

Sakinlər diaaz.space-a şikayətlərində bir çox problemlərindən bəhs edirlər və eyni zamanda qeyd edirlər ki, icra başçısı Asif Ağayevin sözünün kəsəri olmadığından başçının birinci müavini Qasım Qasımov rayonu tam olaraq nəzarəti altında saxlayır: В«Demək olar ki, bu gün Şamaxını Asif Ağayev yox, Qasım Qasımov idarə edir. Hər yerdə də özünü Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin adamı kimi təqdim edir. Deyir ki, başçıdan da güclü himayədar onda olduğundan Asif Ağayev ona bata bilmirВ».

Onu da bildirək ki, redaksiyamıza daxil olan müraciətdə bir sıra ittihamlar da yer alıb. Lakin bu ittihamların sübutetmə və araşdırma imkanları məhdud olduğundan onları yaymamaq qərarını verdik.

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt