Əsas Səhifə > Güney Press > Ödənişli əmək məzuniyyəti...

Ödənişli əmək məzuniyyəti...


Bu gün, 09:12
Ödənişli əmək məzuniyyəti...
Ödənişli əmək MƏZUNİYYƏTİ işçiyə məcburi qaydada verilə bilərmi və ya İŞƏGÖTÜRƏNİN işçini məcbur qaydada əmək məzuniyyətinə göndərmək hüququ varmı, əgər işçi Ərizə yazıb könüllü olaraq ödənişli məzuniyyətə getmək istəmirsə bu haldada məzuniyyətinə göndərilə bilərmi?
Bu sualla əlaqədar da Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına mütəmadi olaraq suallar daxil olur.İşçilərin məzuniyyət hüququ Əmək Məcəlləsi ilə aşağıdakı qaydada tənzimlənir:
1. İlk olaraq onu bildirim ki, işçiləri ödənişli əmək məzuniyyəti ilə təmin etmək - birbaşa olaraq işəgötürənin əsas vəzifəsi, işçinin isə - hüququdur. Əgər işçi Ərizə yazıb ödənişli məzuniyyətə getmək istəmirsə belə, bu halda da işçilər əsas və əlavə ödənişli əmək məzuniyyətinə göndərilməlidir.
2. Əgər işçinin məzuniyyəti işçinin məzuniyyət iş ilinin sonuna qədər işçiyə verilməyibsə, işçi ərizə yazıb məzuniyyətə getmək istəmirsə və işəgötürənin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri əsas tutulmaqla əmrlə məzuniyyətə göndərilə bilər.
3. Əmək məzuniyyəti - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi müddəti bu Məcəllədə nəzərdə tutulandan az olmayan istirahət vaxtıdır.
4.AR-sıƏmək Məcəlləsinin tələblərinə uyğun olaraq işəgötürən tərəfindən işçiyə - ödənişli əmək məzuniyyətinin verilməməsi qadağandır
5. Bütün növ məzuniyyətlərin verilməsi işçinin yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir
6. İstehsalın və işin normal gedişini tənzimləmək, məzuniyyətlərin uçotunun düzgün aparılmasını təmin etmək məqsədi ilə hər il yanvarın sonunadək əmək məzuniyyətlərinin verilməsi üçün növbəlilik cədvəlləri tərtib edilə bilər.
7. Əmək məzuniyyətlərinin verilmə növbəsi həmkarlar ittifaqları təşkilatının, o olmadıqda isə işçinin rəyi öyrənilməklə işəgötürən tərəfindən təsdiq edilir.
8. Aşağıdakı işçilərə əmək məzuniyyəti arzusu ilə onlar üçün əlverişli olan vaxtda verilə bilər: 14 yaşınadək iki və daha çox uşağı olan və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara;16 yaşınadək uşaqları təkbaşına böyüdən valideynə və ya qəyyuma; hərbi qulluqçunun arvadına (ərinə); əlilliyi olan şəxslərə; müharibə veteranlarına; Çernobıl AES-də sağlamlığı pozulmuş və ya şüalanma xəstəliyinə düçar olmuş şəxslərə; yaşı on səkkizdən aşağı olan işçilərə; işləməklə yanaşı təhsil alan şəxslərə.
9. Əgər işçi və ya işçilər müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
10.Azərbaycan Respublikası Əmək Məcəlləsi 135-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.
11.Azərbaycan Respublikası Əmək Məcəlləsi 144-cü maddəsinə əsasən, Əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir.
12. Hər bir halda işçinin ödənişli əmək məzuniyyətinə hır il çıxması da ona sərf edir. Belə ki, Əmək münasibətlərinə xitam verilərkən əsas məzuniyyətlərdən fərqli olaraq, Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə, təhsil və yaradıcılıq məzuniyyətlərinə, habelə sosial məzuniyyətlərə görə pul əvəzi verilmir.
13. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsinə əsasən: İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.shop)

Geri qayıt