Əsas Səhifə > Güney Press > Ermənilərin Aİ ilə ortaq təxribatı...
Ermənilərin Aİ ilə ortaq təxribatı...Dünən, 18:07 |
![]() Azərbaycan və Ermənistan arasında delimitasiya komissiyasının növbəti iclası mart ayında keçirilə bilər. Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryan bu barədə “Sputnik Armenia”ya açıqlama verib. O, tərəflər arasında müzakirə edilməli olan bir sıra məsələlərin qaldığını və Tavuş istiqamətində delimitasiyanın ikinci mərhələsi üzrə qərarın konsensus əsasında qəbul edildiyini bildirib. Milli Məclisin deputatı Tural Gəncəliyev “Sherg.az”a bildirib ki, Ermənistan və Azərbaycan sərhədinin müəyyən bir hissəsində delimitasiya və demarkasiya prosesi davam edir: “Azərbaycan tərəfi konstruktivlik göstərərək sərhədlərin delimitasiya və demarkasiyasında Ermənistana üçüncü tərəflərin iştirakı olmadan prosesi aparmağı təklif edib. Ümumiyyətlə, ikitərəfli müstəvidə aparılan proses bir daha göstərir ki, üçüncü tərəflərin iştirakı olmadan sülh məsələləri həll oluna bilər. Təəssüflər olsun ki, Ermənistan bütün məsələlərdə belə praqmatizm göstərmir. Hətta Ermənistan sülh danışıqlarına xələl gətirən addımları aqressiv şəkildə davam etdirir. Bir tərəfdən Ermənistan birgə komissiyanın işində iştirak edir, digər tərəfdən isə Avropa İttifaqının mülki missiyasını Azərbaycan-Ermənistan sərhədinə yığır. Eyni zamanda söyləyir ki, delimitasiya və demarkasiya olunmayan hissələrdə mülki missiya olacaq. Bu isə ikiüzlü və riyakar siyasətin nəticəsidir. Məlum məsələdir ki, delimitasiya və demarkasiya prosesinin on illərlə çəkmə ehtimalı var. Xüsusilə nəzərə alsaq ki, Azərbaycanın Ermənistanla sərhədi min klometrdən çox hissəni əhatə edir. Ermənistan Avropa İttifaqının mülki missiyasını delimitasiya olunmayan hissələrdə yerləşdirməklə təxribata yol açır. Avropa Birliyinin mülki missiyasının vaxtının uzadılması Ermənistanı gələcəkdə sözügedən prosesə daha laqeyd yanaşmağa vadar edəcək. Azərbaycan bütün bunlara baxmayaraq praqmatizmi davam etdirir və sülh niyyətini gizlətmir. Ermənistandakı revanşist qüvvələr və təxribatı alovlandırmağa çalışan Avropa İttifaqının bəzi dairələri, xüsusilə Fransa iki ölkə arasında delimitasiya və demarkasiya prosesinin başa çatmasını istəmirlər. Çünki sərhədlərin delimitasiyası sülhə gedən yoldan xəbər verir. Ermənistanda daşnak ideologiyaya əsaslanan qüvvələr sülhə getmək niyyətində deyillər”. Geri qayıt |