Əsas Səhifə > Güney Press > Tehran İrəvanla strateji razılaşma axtarır:
Tehran İrəvanla strateji razılaşma axtarır:Dünən, 16:43 |
![]() İranın Ermənistanla razılaşması bir tərəfdən Cənubi Qafqazda Azərbaycan və Türkiyənin qarşılıqlı fəaliyyətinə təsir göstərmək məqsədi ilə müəyyən edilir, digər tərəfdən isə Tehran Ermənistan üzərindən Avropa bazarlarına çıxış yolunu açmağa çalışır. Baxmayaraq ki, indiki şəraitdə və Trampın hakimiyyətə qayıdışı ilə bunun reallaşması müəyyən məhdudiyyətlərlə üzləşəcək. Musavat.com xəbər verir ki, bu barədə “Eghtesad News” saytı yazıb. Sayt qeyd edib ki, Tehran Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirməyi nəzərdə tutan Zəngəzur dəhlizi layihəsinə qarşı çıxıb, çünki bu dəhliz onun Ermənistanın kommunikasiya marşrutlarına çıxışını məhdudlaşdıracaq. Sitat: “İran həm Azərbaycan və İsrail arasında strateji müttəfiqliyi pozmağa, həm də Azərbaycan, İsrail və Türkiyə arasında strateji çərçivənin formalaşmasına mane olmağa çalışır. Tehran İrəvanda böyük ticarət mərkəzi açmaqla Avrasiya İqtisadi İttifaqına daxil olmaq üçün baza kimi istifadə etmək istəyir. Bu, İrana Qərb sanksiyalarından yan keçməyə imkan verəcək... Ancaq Ermənistan ABŞ ilə strateji tərəfdaşlıq sazişi imzaladığı üçün Vaşinqton İrəvandan Tehranla siyasi, hərbi və iqtisadi əlaqələrini azaltmağı istəyə bilər. İran Ermənistandan Amerikanın tərəfdaşları olan İsrail, Türkiyə və Azərbaycanın ortaq geosiyasi maraqlarını pozmaq üçün bir alət kimi yararlanmaq məqsədi güdür...”. Geri qayıt |