Əsas Səhifə > Güney Press > Bəzi yerlərdə arabir qar yağacağı gözlənilir
Bəzi yerlərdə arabir qar yağacağı gözlənilirDünən, 12:52 |
![]() Bakıda və Abşeron yarımadasında martın 1-də bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən “DİA-AZ”a verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək, arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 3-5° şaxta, gündüz 0-3° şaxta olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam bəzi yerlərdə tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 1-5° isti, dağlarda gecə 10-15° şaxta, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 2-7° şaxta olacaq. Ölkə ərazisində bəzi yollar buz bağlayacaq Geri qayıt |