Əsas Səhifə > Güney Press / Ana xəbər > Səlim Müslümovun daha bir kadrına qarşı ittihamlar

Səlim Müslümovun daha bir kadrına qarşı ittihamlar


28-04-2014, 09:39
Səlim Müslümovun daha bir kadrına qarşı ittihamlar
Bir neçə ay əvvəl prezident İlham Əliyevin sərəncamı ilə Səlim Müslümov Əmək və əhalinin sosial müdafiəsi naziri postuna gətirildi. Bundan sonra hər kəs bu nazirlikdə ciddi kadr və struktur dəyişikliklərinin olduğunun şahidi oldu.

Səlim Müslümov ilk əvvəl təmizləmə siyasətinə bir qədər sərt başladı. Bir günün içində 14 TSEK sədri vəzifədən qovuldu. Əlbətdə, bu qərar ciddi müzakirə mövzusuna çevirildi. Amma, di gəl ki, qovulan sədrlərin yerinə kimlər təyin olundu? İndi əsas müzakirə mövzusu budur. Vəzifəsini itirənlər arasında Salyan-Neftçala regional Tibbi-Sosial Ekspert Komissiyasının keçmiş sədri (TSEK) Əliyar Məmmədov da var idi.

Bir müddət sonra mətbuatda məlumat yayıldı ki, Əliyar Məmmədovun fəaliyyəti yoxlanılıb və ciddi qanun pozuntusu ortaya çıxıb və onu həbs gözləyir. Amma sonradan gözəgörünməz qüvvələr Əliyar Məmmədovu bu oyundan kənarlaşdıra bildi. İndi isə onun yerini Füzuli Bağırov tutub. Daha doğrusu, həm postunu, həm də əməllərini... Əlbəttə, bir müddət (təyinatla bağlı nazirin əmrinə kimi) sakit və qanunlar çərçivəsində işləməyə məcbur olan Füzuli Bağırov indi "yatıb yuxu görmək" istəyir.

Qafqaz Xəbər Agentliyinə ( qafqaznews.org ) Salyandan daxil olan məlumata görə, TSEK-də yenidən köhnə qaydalar qüvvəyə minib. Füzuli Bağırov komissiya üzvlərinə açıq şəkildə bildirib ki, pul qazanmaq lazımdır. Başı ağrıyan da olsa ona pensiya düzəldə bilər. Təbii ki, bu işdə onlara yanındakı həkimlər köməklik edir.

Məlumatda bildirilir ki, ən acınacaqlı vəziyyət Neftçalada yaranıb. Əliyar Məmmədovla eyni Komissiyada olan Füzuli Bağırov indi köhnədən alınan pulları ya qaytarmalıdır, ya da vətəndaşlara yalançı pensiya düzəltməlidir. Məlumatda qeyd olunur ki, indi pensiya düzəltməyin qiyməti 1000-1800 manat arasnda dəyişir. Bax belə, bu da Səlim Müslümovun kadr dəyişikliyi. Salyan-Neftçala regional Tibbi-Sosial Ekspert Komissiyasının yeni sədri Füzuli Bağırov çox yatsa yəqin ki, çox yuxular görəcək. Bəs, Səlim müəllim necə, belə qanunları pozan işçini daha çox yatmağa qoyacaqmı? Salyan-Neftçala regional Tibbi-Sosial Ekspert Komissiyasının yeni sədri Füzuli Bağırovu bu posta kimlər və necə təyin etdirib? Bu barədə yaxın günlərdə ətraflı məlumat verəcəyik...
Araşdırmaları davam etdirəcəyik.

Geri qayıt