Əsas Səhifə > Güney Press / Ana xəbər > Anonim mənbənin yolladıqları düz çıxmadı

Anonim mənbənin yolladıqları düz çıxmadı


28-04-2014, 08:23
Anonim mənbənin yolladıqları düz çıxmadı
Saytımızda 22 mart 2014 tarixində “Nurçuların Azərbaycanlı hocası Ərdoğanı psixi xəstə adlandırdı” adlı məqalə yayımlanmış və həmin məqalədə politolog, dosent Fərhad Mehdiyevlə bağlı anonim mənbələrə istinadən həqiqi olmayan məlumatlar əks olunmuşdur. Xəbərdə səhv olaraq, Fərhad Mehdiyevin müstəqil və obyektiv olan akademik və araşdırma fəaliyyətləri, şəriətçi və sifarişli göstərilmiş, neqativ mənada “nurçu” adlandırılıb, gizli dini təriqatın üzvü olduğu, dini təbliğatla məşğul olduğu iddia edilmişdir.

Daha sonra apardığımız araşdırmada, məlumatların təqdim edən mənbənin etibarlı olmadığı müəyyən edilmişdir. Yayılmış xəbərin dəqiqləşdirilməməsi və hörmətli Fərhad Mehdiyevdə mənfi assosasiya yaratması səbəindən ondan üzr istəyirik.

DİA.AZ-dan: Qeyd edək ki, neçə müddətdir əksər KİV-lər eyni anonim qaynağın məlumatlarını etibarlı mənbə olaraq istifadə etdiklərindən biz də həmin ünvandan gələn xəbərləri ciddiyə almışdıq. Və Fərhad Mehdiyevlə bağlı olaydan sonra qeyd olunan mənbənin xəbərlərinin portalımızda yerləşdirilməsi durdurulub.

Geri qayıt