Əsas Səhifə > Güney Press > "Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran...
"Zəngəzuru" "qırmızı xətt"i hesab edən İran...Dünən, 11:42 |
![]() Cənubi Qafqazda kommunikasiyaların açılaması hələ də düyünə düşüb. Ermənistan havadarlarının köməyinə arxalanaraq ərazisindən keçən Zəngəzur dəhlizinin açılmasına mane olur. Eyni zamanda Cənub qonşumuz İran da bu layihənin əleyhinədir. Əvəzində İranın Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən yolun öz ərazisindən keçməsinə həvəslə razılıq verməsi bəzi sullar doğurur. Ermənistandan keçən yolu özünün qırmızı xətti hesab edən İran marşrutun öz ərazisindən keçməsinə niyə səy göstərir? Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Natiq Miri billdirib ki, İrana ərazisindən daşınan bütün yüklərin müqabilində maliyyə vəsaiti ödəniləcək: “Üstəlik, nəzərə almaq lazımdır ki, yükləri təkcə Azərbaycan daşımır. Bu yoldan region ölkələri də istifadə edəcək. Eyni zamanda Çin, Mərkəzi Asiya, Türkiyə və Avropa ölkələri də bu tranzit marşurutdan istifadə edəcək. Bu yol həm də Aralıq dənizinə də çıxışı təmin edəcək. Deməli bu ekvatoriyada mövcud olan ölkələr də prosesə qoşula bilər. Bir anlığa daşınan yüklərin miqyasını düşünün. Bu, İran üçün qazancdır, bir də paralel olaraq geosiyasətdə çox əhəmiyyətli mövqe deməkdir. Yəni, bu İran üçün əslində çox ciddi bir təzyiq mexanizmidir. Zəngəzur dəhlizinin açılmasının əleyhinə olması məsələsinə gəlincə, İran bunu müxtəlif bəhanələrlə əsaslandırır. Guya Zəngəzur dəhlizinin açılaması geosiyasi dəyişiklikdir. Burada guya Ermənistanla İran arasında sərhəd aradan qaldırıla bilər ki, bu sərhəd iki dövlət arasında yeganə bağlantıdır. Bunu bəhanə gətirir və ona görə də, hər hansı bir geosiyasi dəyişikliyin əleyhinə olduğunu iddia edir. Ancaq düşünürəm ki, bunu da uzun müddət davam etdirmək mümkün olmayacaq. Çünki ciddi şəkildə zərbə alan İranın indiki təhlükə qarşısında region dövlətləri ilə ciddi əməkdaşlığa ehtiyacı var. Son günlərdə fikir verirsinizsə Azərbaycan-İran əlaqələri, eyni zamanda İran-Türkiyə münasibətləri isti məcraya yönəlir. Bu istiqamətdə İran xeyli aktivləşib. Ona görə də Tehranın bu məsələyə dirənə biləcəyini ehtimal etmirəm. Xüsusilə də İranın zəif mövqelərini nəzərə alsaq, bu, davamlı olmaya bilər. Odur ki, Zəngəzur dəhlizi Azəzrbaycanın tam istəyinə uyğun olaraq açılacaq”. Geri qayıt |