Əsas Səhifə > Güney Press > Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi

Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi


Dünən, 21:56
Paris-İrəvan hərbi əməkdaşlığı müzakirə edildi
Fevralın 21-də Ermənistan müdafiə naziri Suren Papikyan Fransa səfiri Olivye Dekottinini qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan MN məlumat yayıb.

Görüş zamanı müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığının proqramları və qarşıda duran fəaliyyətləri, həmçinin iki ölkənin müdafiə nazirləri arasında əldə olunmuş razılaşmaların icrası müzakirə edilib.

Tərəflər son beynəlxalq və regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.
Geri qayıt