Əsas Səhifə > Güney Press > Rasizadəyə verilən ordeni başqa kimlər alıb?
Rasizadəyə verilən ordeni başqa kimlər alıb?20-02-2025, 12:14 |
![]() Prezident İlham Əliyevin sabiq baş nazir Artur Rasizadəni “Heydər Əliyev” ordeni ilə təltif etməsindən sonra bu ali mükafatı daha əvvəl kimlərin alması gündəmə gəlib. Rasizadə bu ordenə layiq görülən sayca 27-ci şəxsdir. Qeyd edək ki, “Heydər Əliyev” ordeni Azərbaycan Milli Məclisinin 2005-ci il 22 aprel tarixli 896-IIQ nömrəli Qanunu ilə təsdiq edilib. Həmin il aprelin 28-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən təsis olunub. Siyahıda başqa kimlərin adları var? Globalinfo.az xəbər verir ki, ordenlə təltif edilən 27 nəfərdən cəmi 2-si qadındır. Bunlar ölkənin birinci xanımı, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Xalq artisti, müğənni Zeynəb Xanlarovadır. “Heydər Əliyev” ordeni ilə təltif olunanlar: 28.04.2005 – İlham Əliyev, Azərbaycan Prezidenti 29.04.2005 – İhsan Əli Paşa oğlu Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi 29.01.2007 – Jak Şirak, Fransanın sabiq Prezidenti 27.03.2007 – Mstislav Leopodoviç Rostropoviç, Məşhur violençel ifaçısı və dirijor 21.05.2008 – Viktor Yuşşenko, Ukraynanın sabiq Prezidenti 27.11.2008 – Tahir Salahov, Məşhur Azərbaycan və SSRİ rəssamı 14.06.2009 – Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin Əmiri 02.07.2009 – Lex Kaçinski, Polşa Respublikasının sabiq Prezidenti 10.08.2009 – Valdis Zatlers, Latviya Respublikasının sabiq Prezidenti 18.04.2011 – Trayan Besesku, Rumıniya Respublikasının sabiq Prezidenti 14.11.2011 – Georgi Pırvanov, Bolqarıstan Respublikasının sabiq Prezidenti 11.07.2012 – Emoməli Rəhmon, Tacikistan Respublikasının Prezidenti 13.09.2013 – Arif Məlikov, SSRİ xalq artisti 11.11.2013 – Abdullah Gül, Türkiyənin 11-ci prezidenti 17.11.2013 – Viktor Yanukoviç, Ukraynanın 4-cü prezidenti 02.09.2014 – Rəcəb Tayyib Ərdoğan, Türkiyənin 12-ci prezidenti 29.06.2015 – Mehriban Əliyeva, Azərbaycanın 1-ci vitse-prezidenti 28.11.2016 – Aleksandr Lukaşenko, Belarus Prezidenti 26.12.2016 – Zeynəb Xanlarova, müğənni, SSRİ xalq artisti 03.04.2017 – Nursultan Nazarbayev, Qazaxıstan Respublikasının sabiq Prezidenti 20.12.2017 – Ömər Eldarov, heykəltəraş, Azərbaycanın xalq rəssamı 18.07.2018 – Sercio Mattarella, İtaliya Respublikasının Prezidenti 26.08.2019 – Allahşükür Paşazadə, Qafqaz müsəlmanlarının XII Şeyxülislamı və Qafqaz Müsəlmanları İdarəsinin sədri 23.10.2019 – Ramiz Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sabiq rəhbəri 13.01.2020 – Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti 03.02.2020 – Polad Bülbüloğlu, Azərbaycanın Rusiyadakl sabiq səfiri, deputat Geri qayıt |