Əsas Səhifə > Güney Press / Ana xəbər > Siyəzəndə vəhabilər etiraz aksiyası keçirməyə cəhd etdilər

Siyəzəndə vəhabilər etiraz aksiyası keçirməyə cəhd etdilər


25-04-2014, 15:29
Siyəzəndə vəhabilər etiraz aksiyası keçirməyə cəhd etdilər
Bu gün Siyəzən rayonunda bir qrup dindar Rayon İcra Hakimiyyəti binasının qarşısında aksiya keçirməyə cəhd göstərib. Lent.az-ın məlumatına görə, vəhhabi təriqətinə mənsub olan 30-40 nəfərlik qrup rayon məscidində onlara ibadət etməyə şərait yaradılması ilə bağlı çıxış ediblər. Əraziyə az sonra polis qüvvələri cəlb edilib və icazəsiz aksiyanın qarşısı alınıb.

Bundan sonra dindarlar rayon məscidinin qarşısında toplaşıblar. Hazırda ərazidə xeyli polis və digər şəxslər cəmləşib.

Siyəzən rayon Polis Şöbəsindən Lent.az-a bildirilib ki, rayon Polis Şöbəsinin rəisi və digər rəhbər şəxslər də ərazidədir.

Geri qayıt