Əsas Səhifə > Güney Press > Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib

Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib


19-02-2025, 06:23
Tramp Putinlə görüşünün fevralda olacağını istisna etməyib
ABŞ lideri Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimal edir.

APA xəbər verir ki, Ağ Ev rəhbəri bunu Mar-a-Laqodakı malikanəsində jurnalistlərə açıqlamasında bildirib.

Tramp müvafiq suala cavab verərkən görüşün fevralın sonunda baş tutacağını istisna etməyib.

Rusiya liderinin köməkçisi Yuri Uşakovun fevralın 18-də Ər-Riyadda Rusiya-Amerika danışıqlarının yekunlarına dair verdiyi məlumata görə, Putinlə Tramp arasında görüş üçün konkret tarix hələ müəyyən edilməyib.
Geri qayıt