Əsas Səhifə > Güney Press > “Bizdə bloger yoxdur, yoldan keçənlər…”
“Bizdə bloger yoxdur, yoldan keçənlər…”18-02-2025, 15:40 |
![]() “Biz blogerliyə əlavə gəlir yeri kimi baxırdıq. İndi isə bir nömrəli gəlir yerimizdir. O biri blogerlərdən fərqimiz - biz aktyor-aktrisa kimi tanınmışıq. İndi isə həm də blogerlik edirik”. Musavat.com xəbər verir ki, bu sözləri aktyor Elvin Ağayev “Günə doğru” verilişində deyib. Aktrisa Elvina Atakişiyeva isə Azərbaycanda bloger olmadığını bildirib: “Biz video kontent yaradırıq, ya da başqa ölkələrdən götürürük. Azərbaycanda bloger yoxdur. Xarici blogerlər faydalı, maraqlı videolar çəkirlər. Bizdə yoldan keçənlər də sosial mediaya gəlir, söyüşlə, açıq-saçıqlıqla gündəm olurlar. Onları görəndə düşünürəm ki, biz niyə sosial mediada varıq? Adam həvəsdən düşür”. Geri qayıt |