Əsas Səhifə > Güney Press / Ana xəbər > Masallıda Çernobl əlilləri etiraza qalxdılar

Masallıda Çernobl əlilləri etiraza qalxdılar


25-04-2014, 13:40
Masallıda Çernobl əlilləri etiraza qalxdılar
Bu gün Çernobl faciəsindən 28 il keçir. Bununla bağlı, Masallıda həmin faciədən zərərçəkmiş rayon sakinləri ilə görüş keçiriləcəyi gözlənilirmiş. JAM.AZ-a verilən məlumata görə, hətta bir gün qabaqcadan Cernobl əlillərinə bununla bağlı məlumat da verilib.

Tədbirin təşkilatçısı Masallı rayon İcra Hakimiyyəti olub. Amma tədbir yox, rayonun mərkəzindəki parkda ehsan süfrəsi açılıb. Həmçinin İcra Hakimiyyətinin sektor müdiri Seyfəddin Əliyev mərasimə 5 dəqiqəlik qatılaraq, orada iştirak edənlərə 20 manatdan pul verməklə işini bitmiş sayıb.

Onun bu hərəkətindən sonra Çernobl əlilləri narazılıq ediblər və onlara rayon rəhbərliyinin bu şəkildə yanaşmasına etirazlarını bildiriblər. Məlumata görə, faciənin şahidləri hətta məsələ ilə bağlı ölkənin rəhbərliyinə müraciət hazırlamaq barədə düşünürlər.

Geri qayıt