Əsas Səhifə > Güney Press > Köçəri kimdir, oturaq kimdir?

Köçəri kimdir, oturaq kimdir?


Dünən, 17:31
Köçəri kimdir, oturaq kimdir?
Son yüzillərin üzərində durduğu bu iki bizim üçün də dərd edilib,
Bu, bizim dərdimiz deyildi, dərd edildi.
Zərdüşti, Alban kimi bizə biçilən donun dərdi bizi oturaq etməkdir. Oturaq olanda nə olur, köçəri olanda nə olur?
Oturaq olanda sivilzasiyanın parçası, köçəri olanda ondan kənarda qalan bir kimlik məsələsi Qərbin son yüzillərinin əsas tarix konsepti kimi mərkəzə alınmışdı.
Bu dərd siyasi bir dərddir, əsasında isə ideologi mübaribəyə əskərlər hazırlamaq üçündür.
İndi bir anlığa mənzərəyə özümüz baxaq:
Köçəri "zaman"a aid olan kimlikdir, oturaq "məkan"a aiddir, oturanın həyatı bir yerdədir, köçəri isə hər yerdə birlikdədir.
Hər yerdə olan özü ilə daşıdığı Hafizəni və həyatı hər yerdə Birlik etməyə çalışar. Açıqdır və hər işi asanlaşdırandır. Oturaq isə qapalıdır, çətinliklərə düçardır.
Bizə öyrədilən nəzəriyyələr Oturaqlığ nəzəriyyələridir ki, onlar "kultura" qurmuşlar, söylənilir. Yalandır.
Əzab və qorxu içində yaşayanların dərdi Yaşamaq deyil, mövcud olmaqdır. Qafqaz kimi keçilməz dağların iqlimini dəyişən Köç edənlərdir, Oturanlar deyildir.
Molla Nəsrəddin və eşşəyini xatırlayın.
"Molla və eşşəyi" bu iki tanımanın əsasıdır.
Burda Molla gəzən, eşşək isə oturlandır.
Eşşək Molla üçün vasitədir, niyə eşşəyi seçir?
At üstündə coğrafiyalar fəth edən bir kimliyin qarşısına Molla eşşəyi ilə çıxır.
Niyə?
Molla eşşəyinə "kitab oxumağı" belə öyrədə biləndir, "Eşşək" isə "kitabı oxumur", səhifələrin içində "arpa" axtarır.
Oturan və oturulanlar "arpa"nı tanıyanlardır.
Molla Nəsrəddin isə "Kitabı"nı biləndir.
"Kitabı"nı tanıyanların bir yerdə oturması dərddir, bilikdə oturular ki, hər kəs öz yerini bilər.Mollanın yeri bəlli, "eşşəyin" yeri bəlli.
Mollanın eşşəyinə kitab oxutması lətifəsini bilənlər bilir, bilməyənlərə isə bilənlər söylər,
Bu qədər.

İdris HEYDƏRLİ - "DİA-AZ"

Geri qayıt