Əsas Səhifə > Güney Press > Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ

Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ


Dünən, 18:58
Bazarlarda mövsümü olmayan meyvələrin FANTASTİK QİYMƏTLƏRİ
Alça, çiyələk, qarpız, gilas, ərik, şaftalı..
Mövsümü, əsasən, yay ayları olan bu meyvələr, hazırda da paytaxt bazarlarının piştaxtalarında alıcılara tədqim olunur..
Qiymətləri də mövsümündəkindən kifayət qədər bahadır. Məsələn alçanın bir kilosu 200-250 manat, gilas 100-120, ərik 50-60, şaftalı 40-50 manatdır.
Xəzər TV bildirir ki, alıcılar deyir ki, mövsümi olmayan meyvələr həm çox bahadır, həm də təbii deyil.
Satıcılar isə əksini deyir. Onların sözlərinə görə, qeyri-mövsümi meyvələrə tələbat var. Bu meyvələr ölkəmizə əsasən xaricdən gətirilir.
Ekspertlər isə bu cür meyvələrin daşınması və saxlanması üçün əlavə xərclərin olduğunu, buna görə də qiymətlərin yüksək olduğunu bildirirlər.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, Azərbaycan bazarı azad bazar iqtisadiyyatı şəraitində fəaliyyət göstərir:

“İstənilən malı istənilən qiymətə satmaq olar. Heç bir dövlət orqanının icazəsi yoxdur ki, buna müdaxilə etsin. Bazar tələb və təklif ilə formalaşır, qiymətlər də buna görə müəyyən edilir. Qida məhsullarının keyfiyyətinə isə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən, nəzarət olunur. Qida Təhlükəsizliyi Agentliyinin icazəsi olmadan supermarketlər şəbəkəsinə mallar girə bilməz. Çünki onların kağızı əsasında şəbəkələrə mallar daxil olur. Lakin məhəllə dükanlarında, bazarlarda AQTA-nın nəzarətindən qaçmış bu cür mallar ola bilər. Həmçinin keyfiyyəti barədə də əgər Qida Təhlükəsizliyi Agentliyi yoxlama aparmayıbsa, onun təhlükəsizliyi barədə məlumat əldə etmək çox çətindir. Bu təbiidir bazarda tələbat var və bəzi adamlar bunu almaq istəyir. Ona görə də bu cür qiymətlər formalaşır. Əgər onların yetişdirilməsində süni gübrələrdən və nitritlərdən həddindən artıq istifadə olunmayıbsa, bu təhlükəsizdir. Bu cür mal alan zaman şübhələr olarsa, 1003 qaynar telefon xətti ilə Qida Təhlükəsizliyi Agentliyinə məlumat verərək yoxlatdıra və yaxud da satıcıdan AQTA-nın icazəsi olan kağızı tələb edə bilərlər”.

Geri qayıt