Əsas Səhifə > Güney Press > Bəzi yerlərdə arabir duman olacaq
Bəzi yerlərdə arabir duman olacaq13-02-2025, 12:37 |
![]() Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fevralın 14-də arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən "DİA-AZ"a verilən məlumata görə, şimal-şərq küləyi günün ikinci yarısında şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4В° isti, gündüz 5-7В° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2В° şaxtadan 3В°-dək isti, gündüz 5-10В° isti, dağlarda gecə 8-13В° şaxta, gündüz 0-5В° şaxta olacaq. Bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Geri qayıt |