Əsas Səhifə > Güney Press > İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı:

İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı:


Bu gün, 11:46
İrəvan Universitetində “Qarabağ Azərbaycandır” şüarı:
Dünən İrəvan Dövlət Universitetində (İDU) maraqlı hadisə baş verib. Tribunainfo.az xəbər verir ki, univeristetin müəllimi Şirak Torosyan “Erməni məsələsi və beynəlxalq diplomatiya” fənnini tədris edərkən olduqca cəarətli addım atıb.

Belə ki, o, tədris zamanı Qarabağın Azərbaycana məxsus olduğunu, onun tərkib hissəsi kimi tanındığını bəyan edib. Torosyan bildirib ki, Qarabağ Azərbaycandır və məsələyə başqa şəkildə yanaşmaq beynəlxalq hüququn pozulmasıdır.

Torosyanın bu hərəkəti İDU-da narazılığa səbəb olub. Bir qrup millətçi erməni müəllim rektora müraciət edərək, ondan sözügedən müəllimin universitetdən qovulmasını tələb ediblər. Lakin rektor onlara birmənalı cavab verməyib.

Geri qayıt