Əsas Səhifə > Güney Press > Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar?

Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar?


Bu gün, 09:54
Ermənistanda bu “qanuni oğru”dan niyə qorxurlar?
Kriminal aləmdə tanınmış “qanuni oğru” Vitali Tiflisski il yarımdır ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinə tabe olan “Yerevan-Kentron” cəzaçəkmə müəssisəsində karserdə saxlanılır.

Bu barədə onun vəkili Aleksandr Koçubayev məlumat verib. Vəkil hesab edir ki, Tiflisski dövlətin və ya digər şəxslərin sifarişi ilə həbsdə saxlanılır.

“İş həddindən artıq prosessual pozuntularla araşdırılaraq məhkəməyə göndərilib. Bizdə şahidin birbaşa ifadəsi var ki, onun cibinə narkotik qoyublar və o, kriminal mühitdə qəbul edilməyən narkotikdir (söhbət “kristal”dan gedir). Yəni açıq-aşkar onu gözdən salmağa çalışıblar. Digər ittiham qanunsuz olaraq odlu silah saxlamaqdır və burada da müstəntiq müdafiəçisiz və tərcüməçisiz gedib, qanunsuzluqla kamerada axtarış aparıb, yalan danışaraq, mahiyyətcə axtarış apardığını izah etməyərək DNT nümunələri götürüb.

Aydındır ki, Ermənistanda bəzi dairələr Vitali Tiflisskinin nüfuzundan qorxurlar və buna görə də onun il yarımdır ki, həbs-qətimkan tədbiri dəyişdirilmədən, xarici aləmlə hər hansı təması istisna olmaqla, karserdə saxlayır”, - vəkil bildirib.

Vəkilin sözlərinə görə, Tiflisskidən qan nümunəsi götürülüb, orada yalnız səhhətində problem olduğu üçün həkim məsləhəti ilə qəbul etdiyi psixotrop “tramadol” preparatı aşkarlanıb. Qeyd edək ki, Vitali Tiflisski Ermənistanın 21 “qanuni oğru”su arasında həbsdə olan yeganə şəxsdir. Bəziləri bunun səbəbinin onun Qaqik Tsarukyana (“Çiçəklənən Ermənistan” partiyasının lideri, biznesmen) yaxın olması ilə əlaqələndirir.

moderator.az

Geri qayıt