Əsas Səhifə > Güney Press > Əfv Məsələləri Komissiyasının iclası keçirilib
Əfv Məsələləri Komissiyasının iclası keçirilibBu gün, 18:06 |
![]() Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının 2025-ci il üçün ilk iclası keçirilib. Bunu Trend-ə Komissiyanın üzvü Rəşad Məcid deyib. O qeyd edib ki, iclasın gündəliyi açıqlanıb. "İclas çox məhsuldar keçdi və 100-dən artıq müraciətə baxıldı. Bunlar ağır cinayətlərlə və əsasən də ölüm işində təqsirləndirilən şəxslərin müraciətləri idi. Hər bir müraciət diqqətlə araşdırıldı. Həm Administrasiyanın müvafiq şöbələri həm də hüquq-mühafizə orqanları tərəfindən verilən rəylər nəzərə alınaraq komissiya üzvlərinin fikirləri nəzərə alındı və səsvermə nəticəsində qərarlar qəbul edildi",- deyə o əlavə edib. Geri qayıt |