Əsas Səhifə > Güney Press > Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir


Bu gün, 16:50
Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir
Ermənistan ordusunun bir qrup hərbi qulluqçusu ABŞ-dakı “Hoenfels” hərbi bazasında keçirilən "Joint Resolve-2025" hərbi təlimlərində iştirak edir.

APA Ermənistan mətbuatına istinadən xəbər verir ki, Ermənistan sözügedən manevrlərə ilk dəfə olaraq Hərbi Polisin şəxsi heyətindən formalaşdırılan batalyonla qatılıb.

Ermənistan hərbçiləri xüsusi əhəmiyyətli obyektlərin mühafizəsi, diversiya-kəşfiyyat qruplarının zərərsizləşdirilməsi, eləcə də təlim proqramına uyğun digər manevrlərin icrasında iştirak edir.
Geri qayıt