Əsas Səhifə > Güney Press > Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaq
Ermənistanın təhlükəsizlik zəmanəti Türkiyə olacaqBu gün, 11:48 |
![]() Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük cəhdləri yaxın gələcəkdə heç bir perspektivi olmayan prosesdir və biz buna artıq start veririk. Teleqraf xəbər verir ki, bunu erməni deputat Armen Rüstəmyan parlamentdə ölkəsinin Aİ-yə qəbulu prosesinin başlanması ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib. “Özümüzü inandırmağa çalışırıq ki, bu proses bizim üçün faydalı olacaq, çox yaxşı nəticələr verəcək. Hakimiyyət “ya Avropa İttifaqı, ya Rusiya” deyəndə xalqı aldadır. Bizim təhlükəsizlik zəmanətimiz Aİ deyil, Türkiyə olacaq. Siz mahiyyətcə xalqı Türkiyə ilə Rusiya arasında seçim qarşısında qoyursunuz”, - deputat bildirib. Geri qayıt |