Əsas Səhifə > Güney Press > Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıb
Ukraynada 18 yaşlı şəxslərin müqaviləli hərbi xidmətə qəbulu başlayıbBu gün, 11:00 |
![]() Ukraynada 18-25 yaş arası könüllülərin bir illik müqavilə əsasında orduya qəbulu başlayıb. Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Ukrayna Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib. “Müqavilə 18-24” layihəsi çərçivəsində könüllülərə müqavilə imzalamaq üçün 1 milyon qrivna (24 min dollar) və aylıq 120 min qrivna (2,7 min dollar) mükafat vəd edilir. Bundan əlavə, gənc müqaviləli əsgərlərə dövlət hesabına təhsil, 0% ipoteka və pulsuz tibbi xidmət təklif olunur. Onlar həmçinin bir il xidmət etdikdən sonra xaricə getmək hüququ əldə edəcəklər. Bundan əlavə, onlar müqavilə müddəti başa çatdıqdan sonra bir il müddətinə hərbi xidmətdən azad olunacaqlar. Ukrayna Müdafiə Nazirliyi könüllülərin NATO standartlarına uyğun peşəkar döyüş hazırlığı alacağını da əlavə edib. Geri qayıt |