Əsas Səhifə > Güney Press > Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq?
Uşaqları ölümə sürükləyən oyunlardan necə qoruyaq?Dünən, 16:49 |
![]() Xəbər verdiyimiz kimi, fevralın 5-də Yardımlının Zevin kəndində 15 yaşlı Ələkbər Rafiq oğlu Şükürlü yaşadığı evdə atasına məxsus ov tüfəngindən atəş açaraq özünü öldürüb. Hadisə yerinə gələn polis və prokurorluq əməkdaşları evdən müvafiq sənədləri olan bir ədəd "TOZ" markalı ov tüfəngini götürüblər. Məlumata görə, 15 yaşlı Ələkbərin son bir həftədir özünə qapalı olduğu və ailəsinə qarşı aqressiv davranışlar nümayiş etdirdiyi müşahidə edilib. Yeniyetmə intihar etməmişdən qabaq məktub yazıb. Həmin məktubda hansısa oyunda ona vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib. Bildirək ki, Ələkbər Şükürlü evin son beşiyi və beş bacının tək qardaşı olub. Ötən gün isə Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdin (adları açıqlanmır) valideyni “Facebook” sosial şəbəkə hesabından Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsini tag edərək status paylaşıb. Bildirib ki, 5-ci sinifdə oxuyan qızına və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq bir vərəq verib. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca "mənə yaz "(напиши мне) sözləri yazılıb. Valideyn bu oyunu “Google” axtarış sistemi üzərində araşdırıb. Oyun dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurublar amma telefonu açan şəxslər onların səsini edişib dəstəyi asıb. Valideyn bu məsələnin nəzarətə götürülməsini xahiş edib. Bəs texnologiya dövründə uşaqlarımızı bu cür təhlükələrdən necə qoruyaq? Bununla bağlı "Cebheinfo.az"-a açıqlamasında İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, problemin qarşısını texniki yox, maarifləndirmə yolu ilə almalıdır. Onun sözlərinə görə, burada proqram təminatından daha çox insan faktoru var və bu səbəbdən bunun qarşısını texniki olaraq ala bilməyəcəyik: “Qeyd edim ki, bu tip oyunların yayımının əhatə dairəsi genişlənib. Bu cür oyunlar təkcə saytlarında yox, həmçinin sosial şəbəkələrdə də bunarın yayımı proseslər gedir. İlk öncə uşağı, yeniyetməni şirnikləndirib ondan nələrsə, ya bir şəkil, ya da şəxsi məlumatları əldə edirlər. Daha sonra əlində olan vasitə ilə onu şantaj edirlər. Onların qarşısına müxtəlif missiyalar qoyurlar, nəticədə təsir altına düşən yeniyetməni intihara qədər sürükləyə bilirlər. Bunların hər biri dövrümüzün ciddi probleminə çevrilib. Məhz bu problemlərin həlli yolu insanları maarifləndirməkdən keçir". O qeyd edib ki, bu tip vahid bir oyun platforması yoxdur: “Bu detallar müxtəlif oyunların içində baş verir. Hansı ki, missiyalar qoyulur və buna “Mavi balina” (“Blue whale”) oyunları da deyilir. Nəticə etibarı ilə bu bir oyun deyil. Bunun bir oyun olduğuna köklənməməliyik. Bu elə bir oyundur ki, internetdə axtarsaq heç nə tapa bilməyəcəyik. İnternetdə bu oyunlar vasitəsilə missiyalar həyata keçirilir. Sabah bu başqa bir oyun vasitəsilə ilə həyata keçiriləcək. Bu tip oyunlardan ehtiyatlı olmaq lazımdır”. Elvin Abbasov vurğulayıb ki, bunu həyata keçirən psixologiyası pozuq insanlar müxtəlif adlar, kateqoriyalar altında missiyalar müəyyən edərək xüsusən kiçik uşaqları hədəf alırlar və buna bir əyləncə kimi baxırlar: “Təbii ki, onlar cinayətkardır və məsuliyyətə cəlb olunmalıdırlar. Bu gün oyunda qarşıya qoyulan təlimatlar Azərbaycan dilində verilir. Bu bir sektadır. Bu sekta da təbii ki, zorakılığa meyil edən uşaqları, gəncləri və iradəsi zəif olanları hədəfə alır. Cəmiyyət olaraq bu problemlə məşğul olmalıyıq. Bu tip hallar baş verdikdə onları tez ifşa edib məlumat vermək lazımdır. Maarifləndirici qurumlar bu işlə ciddi məşğul olmalıdır və bu psixologiyası pozuq cinayətkarları zərərsizləşdirməlidirlər”. Geri qayıt |