Əsas Səhifə > Güney Press > “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı

“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı


Bu gün, 16:39
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı
“İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra Cəmiyyət) elan edir ki, Səhmdarların növbəti Ümumi Yığıncağı 27 mart 2025-ci il tarixdə, saat 12:00-da, Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu, Aviation Services Group-un inzibati binasında keçiriləcəkdir.

FED.az bu barədə Səhmdar Cəmiyyətə istinadən xəbər verir.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:

Cəmiyyətin 2024-cü ildə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirəsi;
Cəmiyyətin illik maliyyə hesabatlarının təsdiqlənməsi;
Digər məsələlər.
Yığıncağın gündəliyində nəzərdə tutulmuş məsələlərlə bağlı materiallar səhmdarlara təqdim ediləcəkdir. Sənədlər üzrə məsul şəxs Quliyeva-İmranova R.Ə. təyin edilmişir.

Yaranan suallarla əlaqədar olaraq, aşağıdakı e-mail ünvanına müraciət etməyiniz xahiş olunur: [email protected]

Geri qayıt