Əsas Səhifə > Güney Press > Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçdu
Paşinyan təsəlli tapmaq üçün Makronun yanına uçduBu gün, 09:30 |
![]() Ermənistan Baş naziri Nikol Paşinyanın Fransaya səfəri hakim komandada narahatlıq yaradıb. Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparak” qəzeti yazır. “Cəmi iki gün əvvəl ABŞ-dən qayıdan Nikol Paşinyanın Fransaya səfəri hakim “Vətəndaş Müqaviləsi” Partiyasında narahatlığa səbəb olub. Partiya üzvləri deyirlər ki, Vaşinqtonda soyuq münasibətdən sonra Paşinyan ağır əhval-ruhiyyə ilə Ermənistana qayıdıb və təsəlli kimi Fransa Prezidenti Emmanuel Makronla görüşmək üçün Parisə uçub. Görünür, baş nazir Ermənistanın Avropa İttifaqına qoşulmaq gündəliyinə aydınlıq gətirmək qərarına gəlib”, - məlumatda deyilir. Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan 3-7 fevral tarixlərində ABŞ-də səfərdə olub. Səfər çərçivəsində ABŞ Prezidenti Donald Tramp və dövlət katibi Marko Rubio tərəfindən qəbul edilməyən Paşinyan yalnız səfərinin son günündə vitse-prezident Ceyms Devid Venslə görüşə bilib. Ermənistan mətbuatı baş nazirin ABŞ səfərini “fiasko və uğursuzluq” adlandırıb. Geri qayıt |