Əsas Səhifə > Güney Press > Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır
Ermənistan parlamenti Aİ-yə üzvlük haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşırDünən, 19:43 |
Ermənistan parlamenti Avropa İttifaqına daxil olmaq haqqında qanun layihəsini nəzərdən keçirməyə hazırlaşır. APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, Ermənistanın Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında qanun layihəsi parlamentin fevralın 11-dən 14-dək keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Qeyd edək ki, Ermənistan hökuməti müvafiq sənədi yanvarın 9-da təsdiqləyib. Bundan sonra isə Ermənistan parlamentinin komitəsi Aİ-yə üzvlük prosesi ilə bağlı qanun layihəsini təsdiq edib. Geri qayıt |