Əsas Səhifə > Güney Press > "Ermənistan sülh çağırışlarına cavab versəydi,

"Ermənistan sülh çağırışlarına cavab versəydi,


Dünən, 19:02
"Ermənistan sülh çağırışlarına cavab versəydi,
"Ermənistan və Azərbaycan münasibətlərin uzunmüddətli davamlı nizamlanması demək olan sülh müqaviləsi hazırlanmasının Rusiya tərəfdarıdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində deyib. Onun sözlərinə görə, Moskva Qərbin təklif etdiyi tələsik sənədlərin əleyhinədir. "Biz Ermənistan və Azərbaycan tərəflərinin və Ermənistan və Azərbaycan bizim müttəfiq münasibətlərimiz olan ölkələrdir - münasibətlərin uzunmüddətli nizamlanmasına yol açacaq və gələcək nəsillər üçün "mina" qoymayacaq sülh müqaviləsi hazırlamasının tərəfdarıyıq. Təbii ki, biz hər zaman irəliyə doğru hərəkəti asanlaşdırmağa hazırıq və Qərbin bəzi tələsik sənədlərinin bağlanmasının əleyhinəyik”-deyən Qaluzin vurğulayıb ki, bu cür tələsik, düşünülməmiş və tam təsdiqlənməmiş qərarlar uzunmüddətli davamlı sülhə gətirib çıxarmaya bilər, əksinə, gələcək üçün müəyyən qarşıdurma toxumları əkə bilər. Bunu isə Qaluzin Ermənistan, Azərbaycan, Cənubi Qafqaz və Rusiya üçün son dərəcə arzuolunmaz hesab edir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiyanın Xarici İşlər nazirinin müavini Mixail Qaluzinin İzvestiya qəzetinə verdiyi müsahibədə Ermənistana regiondakı kommunikasiyaların açılması istiqamətində işləri davam etdirməyə çağırış etməsini müsbət addım hesab edir.

“Cənubi Qafqaz regionu sülh və əməkdaşlıq regionuna çevrilməlidir. Ona görə də dövlət başçımız müharibənin başa çatdığı ilk gündən Ermənistana düşmənçilk səhifəsini bağlamağa və münasibətlərə yeni səhifədən başlanmasına çağırış etmişdi. Regionda kommunikasiyaların açılması da ilk növbədə Zəngəzur dəhlizindən başlanmalıdır. Çünki, 10 noyabr 2020-ci ildə imzlanmış üçtərəfli Bəyanata imza atan Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik götürmüşdü. Bu baxımdan Zəngəzur dəhlizinin açılması regional kommunikasiyaların açılmasına bir impuls verə bilər”-deyə deputat qeyd edib.

Deputat vurğulayıb ki, Ermənistan rəhbərliyi görüntü yaratmaq üçün regional kommunikasiyalardan danışaraq, özünü sülhün tərəfdarı kimi nümayiş etdiməklə ölkəsinin hərbiləşdirilməsinə üstünlük verib: “Fransadan aldığı “SEZAR” özüyeriyən haubitsaları və “Boiston” zirehli maşınların alışının artırması, Hindistandan aldığı “Brahumos”, “ASTRA” tipli raketləri və “Akaş” tipli zenit komplekslərinin alışının artırması, İspaniya və Polşa ilə silah alverinə dair sazişlər imzalaması və Puti limanı vasitəsilə yüzlərlə hərbi təyinatlı texnikaları idxal etməsi Ermənistanın heç də sülh niyyətinin olmadığını sübut edir”.

Deputatın fikrincə, Ermənistanın hərəkətləri heç də regionda kommunikasiyaların açılmasına xidmət etmir.

Azər Badamov Mixail Qaluzunin çağırışını Ermənistan tərəfindən ciddi qəbul edilmədiyini hesab edir: “Əgər Ermənistan rəhbərliyi bu kimi çağırışlara əhəmiyyət versəydi, Qərblə hərbi əməkdaşlığın genişləndirilməsinə və ölkəsini hərbiləşdirilməsinə yox, Azərbaycanla sülh müqaviləsinin imzalanmasına üstünlük verərdi”.

Geri qayıt