Əsas Səhifə > Güney Press > Alimpaşa Məmmədov Ali Məhkəməyə müraciət edib
Alimpaşa Məmmədov Ali Məhkəməyə müraciət edibDünən, 14:52 |
![]() Şəmkir rayonunun hazrda həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədov Ali Məhkəməyə kassasiya şikayəti verib. Bu barədə Teleqraf-ın yerli bürosuna onun vəkili Zakir Əliyev bildirib. Vəkilin sözlərinə görə, A.Məmmədov cəzasının azaldılmasını və üzərinə həbs qoyularaq müsadirəsinə qərar verilən əmlakının geri qaytarılmasını istəyir: “Kassasiya müraciətində də bu və digər bir sıra məsələlər əksini tapıb. Şikayətimizdə ümumi ittihamdan narazılıq bildirilib. Çünki ittiham düzgün verilməyib. Bundan əlavə “Abad Şəmkir” MMC-nin üzərindən müsadirə qərarının götürülməsini istəmişik. Ali Məhkəmənin kassasiya şikayətimizə nə zaman baxacağı məlum deyil”. Qeyd edək ki, A.Məmmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Gəncə Apellyasiya Məhkəməsi isə sabiq icra başçısının cəzasını 1 il azaldaraq 10 il 6 aya endirib. Geri qayıt |