Əsas Səhifə > Güney Press > Ağdərəyə köç başlayır

Ağdərəyə köç başlayır


Dünən, 13:17
Ağdərəyə köç başlayır
Azərbaycanın işğaldan azad olunmuş Ağdərə rayonuna köç başlayır.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, ilk köç rayonun Həsənriz kəndinə olacaq.

Adıçəkilən yaşayış məntəqəsində təmir-bərpa işləri yekunlaşıb, zəruri infrastruktur yaradılıb.

Həsənrizə köçürüləcək sakinlərə evlər yaxın günlərdə püşkatma yoluyla paylanılacaq.

Qeyd edək ki, Ağdərə rayonu 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur. Azərbaycan Ordusunun 2023-cü ilin sentyabrın 19-20-də keçirdiyi antiterror əməliyyatları nəticəsində rayon işğaldan azad olunub. 1992-ci ildə ləğv edilərək bir neçə rayon arasında bölüşdürülən Ağdərə 2023-cü ildə inzibati ərazi vahidi kimi yenidən bərpa edilmişdi.

Geri qayıt