Əsas Səhifə > Güney Press > Bu şirkət 5 milyon müqabilində “ASAN xidmət” mərkəzlərini
Bu şirkət 5 milyon müqabilində “ASAN xidmət” mərkəzləriniDünən, 13:58 |
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 4 tenderə yekun vurub. FED.az xəbər verir ki, sözügedən tendelər “ASAN xidmət” mərkəzlərində təmizlik xidmətinin satınalınması ilə bağlıdır və tenderləri "Təmizliyin İncisi" MMC (VÖEN: 1004445421) şirkəti udub. Qalib şirkət Dövlət Agentliyinin inzibati binasında və 17 “ASAN xidmət” mərkəzinə təmizlik xidməti göstərəcək və əvəzində 4 788 011 AZN qazanacaq. Qeyd edək ki, "Təmizliyin İncisi" MMC şirkətinin nizamnamə kapitalı 10 AZN təşkil edir və qanuni təmsilçisi Əvəz Qurbanov İsmayıl oğludur. Geri qayıt |