Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > "Rusiyanın siyasətini sərt tənqidimə görə, bəzi kanallar məni artıq proqramlarına dəvət etmədilər"
Əsas Səhifə > Güney Press, Partiya > "Rusiyanın siyasətini sərt tənqidimə görə, bəzi kanallar məni artıq proqramlarına dəvət etmədilər"

"Rusiyanın siyasətini sərt tənqidimə görə, bəzi kanallar məni artıq proqramlarına dəvət etmədilər"


10-02-2025, 08:33
"Rusiyanın siyasətini sərt tənqidimə görə, bəzi kanallar məni artıq proqramlarına dəvət etmədilər"
"Vaxtilə bir sıra televiziya kanallarında həmkarlarımdan və siyasətçilərdən kimsə mənimlə polemikada “Rusiya Azərbaycanın strateji tərəfdaşıdır” və ya “Azərbaycan Rusiyanın təsis etdiyi KTMT üzvü ola bilər” deyəndə Kremlin ölkəmə qarşı bütün pisliklərini onlara xatırlatmağa ehtiyac duymadan bircə faktı - şimal qonşumuzun İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan şəhərlərini bombalamaq üçün Ermənistana verdiyi “İsgəndər-M” raketlərini xatırladırdım. Bununla da qarşı tərəfin deyəcək sözü qalmırdı". "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə tanınmış politoloq Elxan Şahinoğlu çıxış edib.

O daha sonra əlavə edib: "Doğrudur, Rusiyanın siyasətini sərt tənqidimə görə, bəzi kanallar məni artıq proqramlarına dəvət etmədilər, buna görə peşman deyildim. Mənimlə Rusiyaya görə mübahisə edənlər təyyarə olayından və dövlət başçımızın məsələyə prinsipial yanaşmasından sonra televiziya kanallarında qonşu ölkəni sərt tənqid etməyə başlayıblar, biz deyənə gəldilər, sadəcə ümid edirəm ki, münasibətlər nə zamansa normallaşsa belə, həmin şəxslər Rusiyanın Azərbaycana qarşı törətdiyi cinayətləri heç zaman unutmayacaqlar…"

Geri qayıt