Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > İşəgötürənlərin bu vəzifələri vardır...
Əsas Səhifə > Güney Press > İşəgötürənlərin bu vəzifələri vardır...

İşəgötürənlərin bu vəzifələri vardır...


10-02-2025, 08:29
İşəgötürənlərin bu vəzifələri vardır...
Əməyin mühafizəsi sahəsində mülkiyyətçi və işəgötürənlərin aşağıdakı vəzifələri vardır:
1. Müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin işyerlərində əməyin mühafizə,norma və qaydalarının yerinə yetirilməsinə cavabdehdi və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər:
2. Əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini;
3. Binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini;
4.İş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını;
5. İşçilərə lazımi sanitariya-məişət, müalicə- profilaktik xidmətinin təşkilini;
6. Əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini;
7. Normal əmək və istirahət rejiminə riayət edilməsini;
8. İşçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini;
9. İşçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılması, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini;
10. Kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini;
11. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini.

Azər Quliyev
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının
Eksperti - "DİA-AZ" (dia-az.shop)

Geri qayıt