Əsas Səhifə > Güney Press > Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək

Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək


Dünən, 17:55
Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyası ABŞ-nin “FARA” (Xarici Agentlırin Qeydiyyatı Aktı) qanununun hazırkı versiyasının surəti olacaq yeni qanun layihəsi təşəbbüsü irəli sürəcək.

APA-nın Tiflis müxbiri xəbər verir ki, bu barədə hakim partiyanın icraçı katibi Mamuka Mdinaradze bildirib.
“ABŞ-nin yeni hökuməti etiraf edib ki, Amerika maliyyəsi müxtəlif ölkələrdə, o cümlədən Gürcüstanda iğtişaşlara və inqilaba dəstək üçün istifadə olunub. Keçən il Parlament “Fara”nın hələ tam tətbiq olunmamış yüngül versiyasını qəbul etdi. Ancaq bilirsiniz ki, onun qüvvəyə minməsinə baxmayaraq, xaricdən maliyyə alan varlı və iri QHT-lər reyestrdə qeydə alınmayıb. Buna görə də biz bunun əvəzində yeni Amerikanın FARA qanununun hazırkı variantının birbaşa surətini qəbul edəcəyik və onun tam icrasını təmin edəcəyik”, - Mdinaradze qeyd edib.
Onun sözlərinə görə, paralel olaraq hökumət ictimai təşkilatların təşəbbüslərini maliyyələşdirmək üçün fond yaradacaq və bunun üçün “Qrantlar haqqında” qanuna düzəliş ediləcək.

Mdinaradze əlavə edib ki, hakim partiya sabahdan etibarən Britaniya modelinə uyğun "Media Qanunu”nun hazırlanmasına başlayacaq.
Onun sözlərinə görə, qanunla medianın obyektivliyi və jurnalist etikası standartları müəyyən ediləcək.
“Xarici mənbələrdən media orqanlarının maliyyələşdirilməsi məhdudlaşdırılacaq. Təbii ki, bu, kommersiya reklamlarından və digər bu kimk gəlirlərdən əldə edilən vəsaitlərə aid olmayacaq", – deyə Mamuka Mdinaradze bildirib.

Geri qayıt