Əsas Səhifə > Güney Press > "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan,

"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan,


Bu gün, 16:53
"Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan,
Azərbaycanın qələbəsi ilə başa çatmış 44 günlük müharibədən 5 ilə yaxın bir zaman keçib. Adətən kapitulyasiyaya uğramış və məğlub olmuş ölkə qalib ölkənin şərtləri ilə razılaşır, sülh müqaviləsi də imzalayır ki, daha çox itki verməsin. Ermənistan versiyasında fərqlidir. Ermənistan NATO-nu, Avropa İttifaqı "kəşfiyyat" missiyasını və ABŞ-ı ovuc içi boyda ərazisinə yığaraq, yeni müharibəyə hazırlaşır. Digər tərəfdən iqtisadiyyat və sərhədlərinə nəzarət, Qərbə düşmən olan Rusiyanın əlindədir. Həqiqətən düşünməmək mümkün deyil, məqsəd nədir? Bir tərəfdən KTMT-dən imtina, digər tərəfdən 14 milyardlıq Rusiya ilə dövriyyə və bütün bunlara paralel olaraq Qərblə münasibətlər... Kənardan müşahidə edəndə Ermənistan nə istədiyini bilməyən, hamıya göy muncuq paylayan gəzəyən, əxlaqı yarımçıqlara bənzəyir... Hamıya “hə” deməyin axırı necə olacaq?
Milli Məclisin deputat Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırda Ermənistan Rusiyaya tam bağlı bir ölkədir, iqtisadiyyatı Rusiyadan asılıdır və sərhədlərinin böyük bir hissəsi Rusiya hərbçiləri tərəfindən qorunur, eyni zamanda ərazisində Rusiya hərbi bazası mövcuddur.

“Bütün bunlata paralel olaraq, Avropa İttifaqı və NATO ilə əməkdaşlığa can atır. Bütün bu dağınıq, xaotik siyasət hazırda Ermənistanı çox çətin bir duruma salıb. Bu kontekstdən baxsaq, hələlik sülh müqaviləsi imzalanması real görünmür. Çünki şərtlər konkretdir, ortadadır. Ermənistan bu şərtlərə əməl etməlidir. Lakin Avropa İttifaqı missiyasının sərhəddə olması və onlarla müqavilənin uzadılması, hələlik konstitusiyada dəyişikliklə bağlı heç bir addımın atılmaması da təəssüflər olsun ki, dediklərimizə bir sübutdur. Ermənistan sülhdən danışmaq əvəzinə, sülh uğrunda real addımlar atmalıdır. Əks halda, indiki düşdüyü durumdan da çətin duruma düşəcəyini də unutmasın”-deyə deputat qeyd edib.

Geri qayıt