Əsas Səhifə > Güney Press > İlkin hesabatda müəmmalı QALANLAR:
İlkin hesabatda müəmmalı QALANLAR:Dünən, 19:00 |
![]() “Təyyarə qəzası ilə bağlı nəyisə gizlətmək mümkün deyil. Bu, yalnız Qazaxıstanın və ya Rusiyanın əlində olsaydı, bəlkə də düşünmək olardı ki, hər hansı məxfilik, gizlilik qorunsun deyə onlar sona qədər açıqlamalar verməyəcəklər” Bunu Yenicag.az-a açıqlamasında təhlükəsizlik məsələləri İlham İsmayıl deyib. Mütəxəssis Qazaxıstan Nəqliyyat Nazirliyinin AZAL-a məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı dərc etdiyi ilkin hesabatı şərh edib. “Nəzərə alın ki, “qara qutu” Braziliyada açılıb, orada oxunub. Hər iki “qara qutu” Braziliyada dinlənilib. Burada Qazaxıstanın hər hansı şəkildə yalan danışması, nəyisə ört-basdır etməsi mümkün deyil. Bu halda, Braziliya üçün həqiqəti demək daha vacib olacaq. Fakt odur ki, ola bilsin, bizim pilotlar ilk zərbə anında bunu qış sürüsü kimi dəyərləndirib. Çünki ilkin səs yazısında o da var. Onlar bilməyə bilərdi ki, təyyarəyə dəyən yad cisimlər nədir. Orada isə həmin yad cisimlərin quşlarla bağlı olmadığı, metal qırıntılar olduğu göstərilir. Bu da təyyarənin Rusiya tərəfindən vurulduğunun əyani isbatıdır. Hesab edirəm ki, burda xüsusi gizlinlik olmayacaq”. Ekspert düşünür ki, Qazaxıstanın açıqlaması tərəfləri qane edəcək şəkildə verilmiş ola bilər: “Sadəcə olaraq, ola bilsin ki, tərəfləri qane edəcək açıqlama verilib. Hər bir halda, burada nəyisə gizlətmək mümkün deyil. İlk növbədə, gizlədilməsi mümkün olmayan şey təyyarənin vurulmasıdır ki, bu faktdır. Qazaxıstan tərəfi çalışır ki, bu məsələni hissə-hissə çatdırsın. Görünür, məsləhətləşmələr də gedir. Bir daha qeyd edirəm burada nəyisə gizlətmək, nəyisə hansısa formada gizlətməyə çalışmaq mümkün olmayacaq”. Geri qayıt |