Əsas Səhifə > Güney Press > "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır"
"Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır"Dünən, 18:58 |
![]() "Evdar xanımlar, təqaüdçülər bayağı verilişlərin daimi izləyiciləridir"-bunu Sonxeber.az -a danışan sosioloq Lalə Mehralı deyib: "Bu tamaşaçılar o qədər diqqətlidirlər ki, soruşsaq, bütün verilişin arxivini danışa bilərlər. Biz bu gün dilə gətirilməsi belə ayıb olan şeyləri efirdə görürük. Elə vəziyyətlər müzakirə edilir, elə mövzular gündəmə gətirilir ki, elə insanlar çıxıb başqalarına məsləhət verirlər ki, təəccüblənməmək əldə deyil. Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır. Namus məsələsini o qədər primitivləşdiriblər ki, hamının tanıdığı namussuzlar belə, efirə çıxıb insanlara namus dərsi verir. Teleməkanı bu gün elə bir vəziyyətdədir ki, harda ədəbsiz varsa, efirdə veriliş aparır. Televiziya rəhbərləri nədən qazanc götürürlərsə, ona fokuslanırlar. Bəzən deyirlər ki, tamaşaçı baxır deyə bu verilişlər davam edir. Belə deyil. Bəzən tamaşaçı əlacsızlıqdan da izləyir onları. Baxmağa bir şey olmayanda məcbur bir kanalda saxlamalı olur, izləyir. Ona görə də efirdə elə şeylər vermək lazımdır ki, tamaşaçı kanalı açanda ədəbsizlik, əxlaqsızlıq görməsin. İntellekt, mədəniyyət verilişləri çəkilsin. Əvvəl efirlərimizdə çox gözəl verişlər var idi, amma sonra yığışdırdılar. Ədəbli, əxlaqlı aparıcıların hamısını efirdən uzaqlaşdırdılar. O aparıcıların hamısı bu gün televiziyaya uzaqdan baxır. Əvəzində isə heç bir potensialı, qabiliyyəti olmayan, özünü plastik əməliyyatlarla gülməli vəziyyətə salan aparıcılar efirdə at oynadır" Geri qayıt |