Əsas Səhifə > Güney Press > Kağız reseptlərdən istifadə ləğv ediləcək
Kağız reseptlərdən istifadə ləğv ediləcəkBu gün, 15:35 |
Kağız reseptlərdən istifadə zamanla tamamilə aradan qaldırılacaq. APA xəbər verir ki, bunu Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəsssisi Sevinc Məhərrəmova deyib. O, qeyd edib ki, ölkə üzrə bütün tibb müəssisələrində elektron resept tətbiq edildikdən sonra kağız reseptlərin istifadəsi tamamilə aradan qaldırılacaq: "Hər kəs ölkə üzrə istənilən özəl və dövlət tibb müəssisələrində həkimdən elektron resept tələb edə bilər. Elektron reseptlərin ən böyük üstünlüyü təqvim sisteminin xəstəyə dərmanın qəbul vaxtı və dozası haqqında bildiriş göndərməsidir. Ölkə üzrə bütün tibb müəssisələrində elektron resept tətbiq edildikdən sonra kağız reseptlərin istifadəsi tamamilə aradan qaldırılacaq". Geri qayıt |