Əsas Səhifə > Güney Press > ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsindəBu gün, 12:46 |
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bütün işçilərinə istefa verməyi və əvəzində səkkiz aylıq əmək haqqı məbləğində təzminat almağı təklif edib. Modern.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) rəsmilərə istinadən məlumat yayıb. Bildirilir ki, MKİ-ni prezident Donald Trampın “prioritetlərinə” uyğunlaşdırmaq, o cümlədən narkotik kartelləri ilə mübarizə aparmaq istəyirlər. ABŞ-ın Personal İdarəetmə İdarəsi federal hökumət işçilərinə yanvarın sonunda maaş çeki müqabilində istefa vermə variantını təklif edən məktub yayıb. Kompensasiyadan əlavə, onlar müavinət almaq hüququna malik olacaqlar. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliffin müşaviri deyib ki, qurum artıq şərti dəvət almış şəxslərin işə qəbulunu da dayandırır. Namizədlərin "departamentin yeni məqsədləri üçün lazımi təcrübəyə malik olmadığı", o cümlədən Çinə qarşı mübarizə apardığı təqdirdə bəzi dəvətlərin ləğv edilməsi ehtimalı var. Geri qayıt |