Əsas Səhifə > Güney Press > Təyyarəmizi vuranlara ölüm hökmü verilsin!

Təyyarəmizi vuranlara ölüm hökmü verilsin!


Bu gün, 10:29
Təyyarəmizi vuranlara ölüm hökmü verilsin!
Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə hesabat yayımlanıb. Hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığı təsdiqlənib. Azərbaycan hökumətindəki rəsmi mənbə "Reuters" agentliyinə bir sıra yeni faktlar açıqlayıb.

Açıqlamada bildirilib ki, Azərbaycan təyyarəsi Rusiyanın "Pantsir-S" raketi ilə vurulub. “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”, - mənbə bildirib.

Hadisə nəticəsində dünyasını dəyişinlərdən biri də təyyarənin stüardessası Hökumə Əliyeva olub. Ona və pilotlar - İqor Kşnyakin və Aleksandr Kalyaninova “Azərbaycanın
Hökumə Əliyevanın atası Cəlil Alıyev Modern.az-a açıqlamasında təyyarəmizi vuranlara ölüm hökmünün verilməsini istədiyini deyib:

“Hökumətimiz nə lazımdırsa, edəcək. Əgər məni məhkəməyə filan çağırsalar, ən yüksək cəza hansıdırsa, onun verilməsini istəyərəm. Mənə maraqlıdır ki, niyə və nə səbəbə onlar bizim təyyarəmizi vurublar. Valideyn övladı üçün canını qurban edər. Təki təyyarəmizi vuranlar şəhid olanlar kimi ölələr. Onlara ölüm hökmü verilsin”.

Xatırladaq ki, AZAL-a məxsus və Bakı-Qroznı reysi ilə uçan sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Geri qayıt