Əsas Səhifə > Güney Press > "Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"
"Yəqin 68-lə 86-nın yerini səhv salıbmış"Bu gün, 15:50 |
“Bu yaşa gəlib çatmaq Allahın mənə ən böyük mükafatıdır”. Xalq artisti, tanınmış aktyor Tariyel Qasımovun doğum günüdür. 86 illik yubileyini qeyd edən aktyor təəssüratlarını Yenicag.az-la bölüşüb: “Əhval-ruhiyyəm çox yüksəkdir, buna səbəb doğulub boya-başa çatdığım elimdə-obamda yaşamağımdır. Özü də çox sağlam yaşayıram. Yaşımın artması qətiyyən məni narahat etmir. Allahın mənə mükafatdır ki, 85-i geridə qoyub, 86-nı yaşayıram. Bu yaşa gəlib çatmaq hər kəsə qismət olmur. Rəqəmlər mənim üçün önəmli deyil. Önəmli olan həyatda düzgün və təmiz yaşamaqdır. Heç bir nisgilim yoxdur, Allahın mənə verdiklərinə və vermədiklərinə şükürlər olsun. Bundan sonra özümə və xalqıma ancaq cansağlığı arzulayıram”. “İllər öncə bir qadının sizə “86 il yaşayacaqsan” dediyini demişdiniz. 86-nı adlamaqla, yəqin qorxunu da adladınız” sualına Xalq artistinin cavabı belə oldu: “O, yəqin 68-lə 86-nın yerini səhv salıbmış. Çünki mən 68 yaşımda çox ağır ürək əməliyyatı olundum və ölümdən döndüm. İndən belə nə qədər ömrüm qalıbsa, onu özümə mükafat sayıb, 90-ı da qeyd edəcəyəm”. Geri qayıt |