Əsas Səhifə > Güney Press > Maliyyə Nazirliyinin tenderləri ləğv edilir
Maliyyə Nazirliyinin tenderləri ləğv edilirDünən, 18:58 |
Maliyyə Nazirliyinin bir gündə iki, bir həftədə isə 4 tenderi ard-arda ləğv edilib. Tribunainfo.az xəbər verir ki, Samir Şərifovun nazir postundan getməsindən sonra nazirliyin bəzi işlərinin təs getdiyi deyilir. Açıq mənbələrdə qeyd edilir ki, ləğv olunan birinci tenderə əsasən nazirlik “Qht-hesabat.maliyye.gov.az” informasiya sisteminə 2025-ci il üzrə texniki dəstəyin göstərilməsi xidmətinin satın alınması daxil olub. Dəyəri 18.514,20 manat olan müsabiqənin ləğvinə səbəb qanunun bəzi tələblərinin pozulmasıdır. İkinci ləğv edilən tender isə maliyyə hesabatlarının elektron qaydada verilməsini təmin edən sistemə (e-mühasibat elektron portalı) 2025-ci il üzrə texniki dəstək xidmətinin satın alınmasından ibarət olub. Dəyəri 34.479,60 manat olan tenderin ləğvi ilə bağlı qərar AİİBNDX tərəfindən verilib. Qeyd edilir ki, dövlət qurumu bununla bağlı AİBNDX-SQ-698/2025 nömrəli ləğvetmə qərarı qəbul edib. Geri qayıt |